Türkiyə ilə BƏƏ arasında 50,7 milyard dollarlıq sazişlər imzalanıb
Bakı, 20 iyul, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında 13 sənəd imzalanaraq qəbul edilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, imzalanan sazişlərin ümumi məbləği 50,7 milyard dollardır. Bu kontekstdə iki tərəfin - Türkiyə və BƏƏ-nin dövlət başçılarının sədrlik edəcəyi “Yüksək Səviyyəli Strateji Şura”nın yaradılması barədə razılıq əldə olunub.
Türkiyə ilə Birləşmiş Ərəb Əmirliklərinin enerji, nəqliyyat, infrastruktur, logistika, e-ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə mövcud əməkdaşlığının daha da dərinləşdirilməsi qərara alınıb.
Səfər zamanı imzalanmış sənədlərin iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi vurğulanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]