Türkiyə Milli Müdafiə Nazirliyi: Ankara regionda və dünyada yeni münaqişələrə qarşıdır
Ankara, 8 may, AZƏRTAC
Türkiyə hər fürsətdə regionda və dünyada yeni münaqişələrin qarşısını almağa çağırır, dinc əhaliyə və mülki infrastruktura qarşı hər hansı zərbələri pisləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi cümə axşamı Pakistan və Hindistan arasında eskalasiyanın son raundunu şərh edərkən bildirib.
Müdafiə Nazirliyi Cənubi Asiyada gərginliyin tezliklə azaldılmasına çağırıb.
“Birgə mexanizmlərin, o cümlədən terrorizmlə mübarizə kontekstində formalaşmasına ümid edirik. Tərəflərdən sağlam düşüncə gözləyirik”, - deyə Türkiyə Milli Müdafiə Nazirliyi qeyd edib.
Pakistanın Baş naziri Şahbaz Şərif bu gün İslamabadın mövqeyinin dəstəklənməsi, Cənubi Asiyada sülhün qorunub saxlanması və gərginliyin azaldılmasına verdiyi töhfəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]