Türkiyə Prezidenti: Xalqımızdan istəyimiz qaydalara əməl edərək, infeksiya ilə mübarizəyə dəstək verməkdir
Ankara, 30 iyun, AZƏRTAC
İyunun 29-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan iclasdan sonra mətbuat konfransı keçirib. Ölkənin sosial həyatında baş verənlər, o cümlədən iqtisadi tədbirlər, terrorçuluqla mübarizə, siyasi qərarlar və digər məsələlər barədə ümumi məlumat verən dövlət başçısı əminliklə qeyd edib ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sınağından alnıaçıq çıxacaq. “Xalqımızdan istəyimiz qaydalara əməl edərək infeksiya ilə mübarizəyə dəstək verməkdir”, - deyə o qeyd edib.
Pandemiya dövründə Türkiyənin ixracının azalmadığını, əksinə, bir sıra yerli məhsullara xaricdən tələbat yarandığını diqqətə çatdıran prezident deyib ki, infeksiya səbəbindən tətbiq olunan qısaldılmış iş rejiminin müddəti daha bir ay uzadılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]