Türkiyə Prezidentin sözçüsü ABŞ-ın milli təhlükəsizlik müşaviri ilə görüşüb
Bakı, 15 mart, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivan ilə görüşüb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub.
Müzakirələr zamanı iki dövlət arasında siyasi və iqtisadi əlaqələr, Türkiyədəki zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan danışıqlar prosesi mövzuları qiymətləndirilib.
Zəlzələ zamanı ABŞ və beynəlxalq ictimaiyyətin Türkiyəyə verdiyi dəstək və göstərdikləri həmrəylik ifadə edilib. Bildirilib ki, Türkiyə zəlzələ bölgəsinin sürətlə bərpası və yenidən qurulması üçün səylərini davam etdirir.
Türkiyə-ABŞ münasibətlərinin strateji əhəmiyyətinin vurğulandığı görüşdə iki müttəfiq ölkənin qlobal və regional məsələlərdə qarşılıqlı hörmət və maraq əsasında əməkdaşlığını davam etdirməsinin vacibliyi qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]