Türkiyə Respublikası yeni Konstitusiya qəbul edəcək
Ankara, 10 fevral, AZƏRTAC
“Cümhur İttifaqı” olaraq yeni Konstitusiya məsələsində eyni fikirdəyik. Cümhuriyyətimizin yüzüncü ildönümünü çevrilişlə qəbul edilmiş Konstitusiya ilə deyil, yeni mülki Konstitusiya ilə qarşılayacağıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında deyib.
Dövlət başçısı “Gəlin, hamılıqla birlikdə yeni Konstitusiya təkliflərimizi bu il içində hazırlayıb müzakirələrə başlayaq”, - deyə bütün ölkə ictimaiyyətinə çağırış edib. Prezident bildirib ki, tələsmədən, bütün təbəqələrlə lazımlı məsləhətləşmələr apararaq, müasir tələblərə cavab verəcək bir Konstitusiya hazırlamalıyıq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]