Türkiyə Superliqası : “Beşiktaş” böyük hesabla uduzub
Bakı, 20 yanvar, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XXI turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, səfərdə “Pendikspor”un qonağı olan “Beşiktaş” 0:4 hesabı ilə uduzub. Meydan sahiblərinin heyətində qollardan ikisini "Fənərbağça"dan icarəyə götürülən Umut Nayir vurub.
Digər matçlarda "Kasımpaşa" "Hatayspor"a 3:0, "Alanyaspor" "Rizespor"a 2:1 hesabı ilə qalib gəlib, "Fatih Karagümrük" "Başakşehir"lə, "Adana Demirspor" isə "Ankaragücü" heç-heçə edib - 1:1.
Turun digər görüşləri yanvarın 21-22-də keçiriləcək.
Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Fənərbağça" başçılıq edir. Liderdən iki xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 35 xalla dördüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]