Türkiyə Superliqası : “Fənərbağça” doğma meydanda xal itirib
Bakı, 21 yanvar, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XXI turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, lider “Fənərbağça” doğma meydanda “Samsunspor”u qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib.
Hesabı 12-ci dəqiqədə meydan sahiblərinin heyətində İrfan Can Kahveci açıb. Qonaqlar 63-cü dəqiqədə Emre Kılıncın qolu ilə tarazlığı bərpa ediblər.
Günün digər oyunlarında heç-heçə qeydə alınıb. "Sivasspor" evdə "Qaziantep"lə 2:2, "Konyaspor" isə "Antalyaspor"la 1:1 hesablı bərabərliyə razılaşıb.
Turun mərkəzi matçında bu gün "Qalatasaray" səfərdə "Trabzonspor"un qonağı olacaq. Tura yanvarın 22-də keçiriləcək "Kayserispor" - "İstanbulspor" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir. Liderdən 3 xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 35 xalla dördüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]