Türkiyə Superliqası: "Qalatasaray" səfərdə "Kasımpaşa"nın qonağı olub
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 29-da futbol üzrə Türkiyə çempionatının III turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün birinci oyununda “Qalatasaray” səfərdə “Kasımpaşa”nın qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 2:2. Günün digər - “Sivasspor” - “Göztəpə” matçında da hesab 2:2 bərabərliklə bitib. “Fənərbağça”da rəqib meydanda “Altay”ın qapısından iki cavabsız top keçirib. “Giresunspor” klubu isə doğma meydanda “Trabzonspor”a minimal hesabla uduzublar.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 9 xalla “Trabzonspor” başçılıq edir. İkinci pillədə onunla eyni xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 7 xala malik olan “Beşiktaş” qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]