Türkiyə Superliqası: “Antalyaspor” doğma meydanda "Sivasspor"a qalib gəlib
Bakı, 17 mart, AZƏRTAC
Martın 16-da Türkiyə Superliqasının XXVI turunun sonuncu görüşündə “Antalyaspor” doğma meydanda “Sivasspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Antalya” stadionunda keçirilən görüşdə meydan sahibləri minimal hesabla qalib gəliblər. Görüşdə yeganə qolu Veysəl Sari vurub.
Bu oyundan sonra Türkiyə çempionatına 53 xalla “Trabzonspor” liderlik edir. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” 50 xalla üç, “Sivasspor” isə 49 xalla dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə “Beşiktaş” (44 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (40 xal) və digər komandalar gəlir.