Türkiyə Superliqası: Lider “Başakşəhər”in 26 oyunluq məğlubedilməzlik seriyasına son qoyulub
Bakı, 22 yanvar, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının lideri İstanbulun “Başakşəhər” komandasının çempionatda 26, rəqib meydanlarında isə 16 oyunluq məğlubedilməzlik seriyasına yanvarın 22-də son qoyulub.
AZƏRTAC xəbər verir ki, “Başakşəhər”in cari çempionatda ilk məğlubiyyəti (0:1) “Fənərbağça” komandası ilə oyunda qeydə alınıb. Oyunda yeganə qolu matçın 28-ci dəqiqəsində Ozan Tufan “Başakşəhər”in qapısından keçirib.
Bu oyundan sonra “Fənərbağça” komandası “Başakşəhər” ilə xal fərqini 4-ə endirib. Hazırda “Başakşəhər”in 39, “Fənərbağça”nın isə 35 xalı var. Yanvarın 23-də “Alanyaspor”un qonağı olacaq “Beşiktaş” qalib gələcəyi təqdirdə xallarının sayını 41-ə çatdıraraq, turnir cədvəlində liderliyi ələ keçirəcək. Çempionatda üçüncü yerin sahibi “Qalatasaray”ın isə aktivində 36 xal var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]