Türkiyə Superliqası: “Qalatasaray” səfərdə “Ankaragücü”nə minimal hesabla məğlub olub
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun ikinci gün qarşılaşmasında “Ankaragücü” doğma meydanda “Qalatasaray”ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, maraqlı keçən qarşılaşma paytaxt təmsilçilərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Meydan sahiblərinin yeganə qolunu Oskar Skarione vurub.
Gün ərzində “Antalyaspor” - “Alanyaspor” və “Fənərbağça” - “Sivasspor” matçları keçiriləcək. Bu oyunlar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bundan əlavə, turda iyulun 13-də “Kasımpaşa” - “Rizəspor”, “Kayserispor” - “Qaziantep”, “Konyaspor” - “Başakşəhər”, “Dənizlispor” - “Trabzonspor”, “Yeni Malatyaspor” - “Beşiktaş” komandaları qarşılaşacaq.
Türkiyə çempionatında hazırda “Başakşəhər” 66 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 62 xalla ikincidir. “Sivasspor” 54 xalla üçüncü, “Beşiktaş” klubu isə 53 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Qalatasaray” (52 xal), “Alanyaspor” (51 xal), “Fənərbağça” (50 xal) və digər komandalar gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]