Türkiyə Superliqası: “Qalatasaray” “Trabzonspor”u böyük hesabla məğlub edib
Bakı, 21 yanvar, AZƏRTAC
Türkiyə Superliqasında XXI turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması "Trabzonspor"la "Qalatasaray" komandaları arasında olub.
Gərgin keçən matç İstanbul nəhənginin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə Vilfired Zaha açıb. O, 61-ci və 64-cü dəqiqələrdə də fərqlənib. Meydan sahiblərinin heyətində 79-cu dəqiqədə Enes Dastan fərqi iki topa endirib. Lakin 80-cı və 90+6-cı dəqiqələrdə Kərəm Aktürkoğlu iki dəfə adını taploya yazdıra bilib.
Günün digər oyunlarında heç-heçə qeydə alınıb. "Sivasspor" "Qaziantep"lə 2:2, "Konyaspor" "Antalyaspor"la 1:1 və "Fənərbağça" evdə "Samsunspor"la 1:1 hesablı bərabərliyə imza atıb. Tura yanvarın 22-də keçiriləcək "Kayserispor" - "İstanbulspor" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" 2-ci, "Trabzonspor" 37 xalla 3-cü, "Beşiktaş" isə 35 xalla dördüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]