Türkiyə Superliqası: Renat Dadaşovun komandası səfərdə məğlub olub
Bakı, 20 yanvar, AZƏRTAC
Futbol üzrə Türkiyə Süperliqasında XXI tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda “Kasımpaşa” Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor”u qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Klaudio Vink, Nunu da Koşta və Mamadu Fall vurublar. Matça ehtiyatda başlayan R.Dadaşov 70-ci dəqiqədə meydana daxil olub.
Bu nəticədən sonra Hatay təmsilçisi 21 xalla 14-cü sırada qərarlaşıb. 29 xalı olan “Kasımpaşa” isə doqquzuncudur.
Qeyd edək ki, “Hatayspor” son 13 oyunda cəmi bir qələbə qazanıb. Komanda XII turda “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]