Türkiyə Superliqası: “Trabzonspor” qələbə qazanaraq liderliyə yüksəlib
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də futbol üzrə Türkiyə çempionatının VIII turu çərçivəsində “Beşiktaş” doğma meydanda “Sivasspor”la qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibi 2:1 hesabı ilə məğlub edib.
Günün digər matçında “Trabzonspor” səfərdə “Kayserispor”u 2:1 hesabı ilə üstələyib. "Göztəpə" isə öz meydanında "Girəsunspor"a minimal hesabla uduzub - 1:0. "Konyaspor" - "Alanyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 18 xalla "Trabzonspor" başçılıq edir. Ondan bir xal geri qalan "Beşiktaş" ikinci, 16 xal toplayan "Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.
Turun növbəti oyunları oktyabrın 3-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]