TÜRKİYƏ UNESCO-NUN KOMİSSİYASINDA ERMƏNİSTANA QARŞI MƏSƏLƏ QALDIRMIŞDIR
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mədəni sərvətlər və muzeylər üzrə idarəsinin baş direktoru Orxan Düzgün jurnalistlərə bildirmişdir ki, bu ərazidəki kilsə, türbə və məscidlərə ermənilərin daş karxanasında törətdikləri partlayışlar və ağır texnikanın fəaliyyəti nəticəsində ciddi zərər dəymişdir. Onun sözlərinə görə, bu tarixi abidələrlə ermənilərin daş karxanasını Arpaçay çayı ayırır və vaxtaşırı partladılan dinamitlər abidələrin bərpa işlərinə də mane olur. Sorbon Universiteti və Dünya Abidələr Fondunun iştirakı ilə Tiqran Hononets və ilk Anadolu məscidi olan Əbul Mənuçehr məscidinin bərpası layihələrinin hazırlandığını bildirən Orxan Düzgün, Ermənistan rəsmilərinin bütün müraciətlərə rəğmən daş karxanasını bağlamaq istəmədiklrini diqqətə çatdırmışdır.
Erməni xislətinə yaxşı bələd olan və özlərinin dağıtdıqları abidələri Azərbaycanda olduğu kimi, sonradan türklərin adına yazacaqları ehtimalını da istisna etməyən Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin tanınmış tarixçilərindən ibarət komissiya yaratmışdır. Komissiyanın hazırladığı hesabatda deyilir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin müdaxiləsindən partlayışlara bir müddət ara verilsə də, tarixi abidələrin yaxınlığında ağır texnikanın fəaliyyəti davam edir. Bu bölgədəki abidələrə vurulan bütün zərərlər müəyyənləşdilmiş, işlər davam etdirilir.