Türkiyə XİN: AŞPA-nın Azərbaycanla bağlı qərarı təmsilçilik hüququna ziddir
İstanbul, 16 fevral, AZƏRTAC
Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi ilə bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Türkiyə XİN-in AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq edilməməsi barədə qərarın təəssüflə qarşılandığı bildirilib.
Qeyd edilib ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir. Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək.
Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]