Türkiyə XİN Dağlıq Qarabağda keçiriləcək “seçkiləri” pisləyən bəyanat yayıb
Bakı, 30 aprel, AZƏRTAC
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçiriləcək “parlament seçkiləri”ni pisləyən bəyanat yayıb.
Bəyanatda deyilir ki, 20 ildən artıqdır Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində bu il mayın 3-də “parlament seçkiləri”nin təşkil ediləcəyi məlum olub. Beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurasının qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması demək olan bu “seçkilər” Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həlli istiqamətində görülən işlərə ziyan vuracaq bir addımdır.
Bəyanatda Türkiyənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu addımı pislədiyi, qeyri-legitim hesab etdiyi bu “seçkiləri” tanımadığı vurğulanır. Bildirilir ki, Minsk Qrupunun üzvü olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinin tapılması istiqamətində səyləri dəstəkləməyə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 13.06.2026 [11:27]