TÜRKİYƏDƏ ANARIN YENİ KİTABI NƏŞR OLUNMUŞDUR
Türkiyə oxucularını Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti ilə tanış edən “Salam dünya” ön sözü ilə açılan kitaba “Kitabi-Dədə Qorqud”, Nizami, Nəsimi, Xətai, Füzuli, Mirzə Fətəli Axundov, Aşıq Ələsgər, Cəlil Məmmədquluzadə, Sabir, Cavid, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim, Məmməd Araz, Fikrət Qoca, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Abbas Abdulla və Mövlud Süleymanlıya həsr olunmuş yazılar, “Tariximizin şeir hafizəsi”, “İpək yolu”, “Dörd ay Türkiyədə” “Təbrizin yolları dolanbadolan”, “Qürbət mənim içimdə” məqalələri, yazıçının İstanbulda Azərbaycan gecəsində, Türkiyə Yazarlar Sindikatının 8-ci qurultayında, Şimali Kiprdə beynəlxalq konfransda çıxışları daxil edilmişdir.
Nəşrin tərtibçisi Arif Acaloğlu kitabdakı materialları Türkiyə türkcəsinə uyğunlaşdırmışdır.