Türkiyədə barmaq izlərini tanıyan yeni sistemin istehsalı son mərhələyə çatıb
Ankara, 10 fevral, AZƏRTAC
Türkiyənin “BİYOTEKSAN” şirkətinin (biometrik cihaz qayırma) istehsal etdiyi yeni barmaq izləri tanıyan sistemində son işlər başa çatıb.
AZƏRTAC xəbər verir ki, barmaq izləri tanıyan yeni biometrik sistem cari ilin mart ayında Türkiyə Daxili İşlər Nazirliyinin istifadəsinə veriləcək. Bildirilir ki, bu sistemin tamamlanmasından sonra Türkiyə biometrik cihazqayırmada dünyanın aparıcı yeddi ölkəsindən biri olacaq. Bu sistemə barmaq izlərinin tanınması, biometrik sənədlərin hazırlanması, onların oxunması, tanınması və s. eyni təyinatlı avadanlıqların milli istehsalı daxildir. Milli biometrik cihazların geniş tətbiqi sayəsində dövlət qurumlarında və özəl sektorda vahid sistem formalaşacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]