Türkiyədə içərisində miqrantların olduğu qayıq batıb
İstanbul, 29 iyun, AZƏRTAC
Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu yaxınlığında qanunsuz miqrantları aparan qayıq batıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində qayıqda olan 35 miqrant xilas edilib, dörd nəfər itkin düşüb. Hazırda onların axtarışları davam edir.
Axtarış-xilasetmə işlərinə Türkiyənin sahil mühafizə xidmətinə məxsus qayıqlar, helikopter və xüsusi təyyarə cəlb olunub.
Miqrantların qeyri-qanuni yollarla Yunanıstana keçmək istədikləri müəyyənləşib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]