Türkiyədə “Sinovac” vaksinini ilə peyvənd olanların sayı üç milyona yaxınlaşır
Ankara, 10 fevral, AZƏRTAC
Türkiyədə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Çindən alınan “Sinovac” vaksinini ilə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir.
AZƏRTAC xəbər verir ki, hazırda peyvənd olunanların ümumi sayı 2.7 milyon nəfərə çatıb. Prosesin qrafikə uyğun və fasiləsiz davam etməsi deməyə əsas verir ki, bu göstərici yaxın günlərdə 3 milyona çatacaq. Rəsmi məlumata görə, fevralın 11-dən başlayaraq peyvənd olunanlara ikinci doza tətbiq ediləcək. Təlimata uyğun olaraq, ikinci doza 28 gündən sonra vurulur. Ölkədə ikinci doza üçün yetərli vaksin ehtiyatı mövcuddur.
Qeyd edək ki, Türkiyədə COVID-19 ilə mübarizə tədbirləri çərçivəsində iki mərhələdə “Evdə qal!” rejimi tətbiq olunur. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 05:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]