TÜRKİYƏDƏ ZƏLZƏLƏ
AZƏRTAC-ın müxbiri Ankaradan xəbər verir ki, Türkiyənin seysmoloji stansiyaları martın 24-də Bakı vaxtı ilə saat 9-da Egey dənizinin sahilindəki İzmir şəhəri rayonunda Rixter cədvəli ilə 4,9 bal gücündə zəlzələ qeydə almışlar. Zəlzələnin mərkəzi Çandarlı limanı ətrafında olmuşdur.
Tələfat və dağıntı yoxdur.