TÜRKİYƏDƏKİ AZƏRBAYCAN TƏŞKİLATLARINDAN FRANSAYA ETİRAZ
Azərbaycan icmalarının yaydığı bəyanatda deyilir ki, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş erməni silahlı birləşmələri çox yaxın keçmişdə - 1992-ci ilin fevralında Xocalı şəhərində yüzlərlə insanın ölümünə, min nəfərdən çox adamın itkin düşməsinə, sağlamlığını itirməsinə səbəb olan soyqırımı aktı törətmişlər. Ermənistanın işğalçılıq siyasəti nəticəsində hazırda bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşmüşdür. Dünya ictimaiyyəti ermənilərin törətdikləri bu soyqırımı aktına və işğal faktına layiqli qiymət verməli, cinayətkarlar və terrorçular ciddi cəzalandırılmalıdırlar.
Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və bunu dəfələrlə bəyan etmişdir. Ermənistan da öz çirkin əməllərindən, işğalçılıq siyasətindən və beynəlxalq hüquq normalarına zidd hərəkətlərdən geri çəkilərək işğal etdiyi ərazilərimizi təcili surətdə azad etməlidir.
Hamı bilməlidir ki, türkün yolu və düçüncəsi “Yurdda sülh, dünyada sülhdür”.
Azərbaycan icmalarının bəyanatında bir daha bildirilir ki, erməni terrorçularının müasir dövrdə törətdikləri cinayətlərə göz yuman Fransa parlamentinin yüz il bundan əvvəl baş verdiyi iddia edilən, lakin tarixi faktlarla təsdiq olunmayan “erməni soyqırımı” yalanları barədə qanun qəbul etməsi heç bir məntiqə sığmır və tarixdə heç bir erməni soyqırımı olmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]