Türkiyədən Qəzzaya növbəti yardım gəmisi göndəriləcək
İstanbul, 7 aprel, Günel Karatepe, AZƏRTAC
Türkiyədən Qəzza zolağına daha bir yardım gəmisi göndəriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz açıqlama yayıb .
Bildirilib ki, cəmiyyət tərəfindən həyata keçiriləcək növbəti yardım gəmisinin yüklənmə işləri artıq başlayıb. Yardımlara qida məhsulları ilə yanaşı, gündəlik gigiyena vasitələri və generatorlar da daxildir. Gəminin aprelin 15-də yola çıxması nəzərdə tutulur.
Qeyd edək ki, oktyabrın 7-dən indiyədək Türkiyədən Qəzzaya səkkiz gəmi və 12 təyyarə ilə 42 min ton humanitar yardım göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]