Türkiyəli ekspert: Orta Dəhliz tədarük zəncirlərinin dayanıqlığını artırır və regional əməkdaşlığı gücləndirir
Bakı, 24 sentyabr, AZƏRTAC
Orta Dəhliz Asiya ilə Avropa arasında etibarlı körpü kimi getdikcə daha çox strateji əhəmiyyət qazanır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində türkiyəli logistika və nəqliyyat eksperti, “Middle Corridor Logistics” şirkətinin nümayəndəsi Hilal Ağun deyib.
Onun sözlərinə görə, ənənəvi Şimal və Cənub marşrutları ilə müqayisədə Orta Dəhliz daha qısa və sərfəli alternativ təklif edir, enerji və yükdaşımalarının diversifikasiyasını asanlaşdırır, təchizat zəncirlərinin dayanıqlılığını artırır və regional əməkdaşlığı gücləndirir.
Ekspert vurğulayıb: “Bu, Orta Dəhlizi təkcə tranzit marşrutu deyil, həm də davamlı logistika sahəsində innovativ həllərin tətbiqi platformasına çevirir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]