Türkiyəli güləşçi Emine Çakmak XV Avropa Gənclər Olimpiya Festivalının qalibi olub
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də XV Avropa Gənclər Olimpiya Festivalında qadın güləşçilərin yarışında Türkiyə təmsilçisi Emine Çakmak qızıl medala sahib olub.
AZƏRTAC xəbər verir ki, turnirdə 49 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Çakmak finalda Rumıniya idmançısı Ana-Mariya Pirvuya 5:0 hesabı ilə qalib gələrək festivalın çempionu adını qazanıb.
Bu çəki dərəcəsində bürünc medallara Aleksandra Kislioakova (Belarus) və Mihaela Samoil (Moldova) layiq görülüblər.