Türkiyəli şəhid qızı: Məzlumlar üçün mənəvi rahatlıq, zalımlar üçün cəhənnəm var
Ankara, 15 yanvar, AZƏRTAC
Mən bu gün buradan cəsur şəhid uşaqlarına, atalarından sonra ayaq üstə durmağı bacaran igid qızlara salamlarımı göndərirəm. Məzlumlar üçün mənəvi rahatlıq, zalımlar üçün də cəhənnəm var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edən şəhid qızı Gülay Dəmir ifadə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı dibçəkdə bitən gül kolunu göstərərək bildirib ki, onu G.Dəmir atasının məzarından və Türkiyənin 81 vilayətindən götürdüyü torpaqda əkib.
G.Dəmirin çıxışı Türkiyə parlamentində duyğulu anlar yaradıb. Şəhid atasından çox şey öyrəndiyini diqqətə çatdıran Mardin doğumlu kürd qızı G.Dəmir deyib: “Kürd uşaqları üzərindən tamaşalar oynanıldı, filmlər çəkildi. Amma artıq bilməlidirlər ki, o teatrların pərdələri bağlandı, daha bu filmlər nümayişə çıxarılmır. İndi daha kürd uşaqları yazdıqları ssenariləri ilə öz filmlərinin qəhrəmanı olurlar”.
Qeyd edək ki, ötən ilin payızında Suriyadan atılan raket zərbələri nəticəsində Türkiyə ərazisində 22 dinc sakin şəhid olub, 189 nəfər yaralanıb. G.Dəmir Mardin vilayətinin Nusaybin rayonunda yaralılara yardım edərkən qəhrəmancasına həlak olan Mehmet Şirin Dəmirin qızıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:52]
Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]