Türkiyənin 16 vilayətində “NARKOÇELİK-28” əməliyyatı keçirilib
Ankara, 23 iyul, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya narkotik maddələrin qanunsuz ticarəti və yayılmasında əli olan şəxslərə qarşı növbəti genişmiqyaslı əməliyyatın keçirildiyi barədə məlumat verib.
AZƏRTAC türkiyəli nazirin iyulun 23-də sosial şəbəkələrdə paylaşdığı məlumata istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının “NARKOÇELİK-28” kod adı altında həyata keçirdiyi əməliyyat Türkiyənin 16 vilayətini əhatə edib.
Ali Yerlikaya yazıb: “Yaradılmış 203 əməliyyat qrupunun tərkibində Türkiyənin hüquq-mühafizə orqanlarının 603 əməkdaşı iştirak edib, həmçinin xidməti itlərdən istifadə etməklə 2 ton 294 kiloqram qadağan olunmuş maddə, 2 milyon həbdən artıq sintetik narkotik tapılaraq müsadirə olunub, 13 milyon çətənə kolu məhv edilib”. Nazir əlavə edib ki, əməliyyat zamanı 59 nəfər şübhəli şəxs qismində saxlanılıb, məhkəmə orqanlarının hökmü ilə onların 40-ı barəsində həbs qətimkan tədbiri seçilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]