Türkiyənin 27 vilayətində Gülen terrorçuları ilə əlaqədə şübhəli bilinən 74 nəfər saxlanılıb
Ankara, 15 iyul, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Fetullah Gülen terror təşkilatı (FETÖ) ilə əlaqəsi olan şəxslərə qarşı genişmiqyaslı əməliyyatın keçirildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, daxili işlər nazirinin sosial şəbəkələrdə dərc etdiyi yazıda deyilir ki, “Kıskaç-22” kod adı ilə aparılan əməliyyat artıq dörd gündür davam edir və Ankara, İzmir, Antalya və Bursa da daxil olmaqla, ölkənin 27 vilayətini əhatə edib.
FETÖ ilə əlaqədə şübhəli bilinən 74 şəxs saxlanılıb.
Nazir bildirib ki, saxlanılan şəxslər arasında Gülen terrorçuları tərəfindən fəal istifadə edilən ByLock şifrələnmiş informasiya mübadiləsi proqramının istifadəçiləri də var.
“Xalqın dəstəyi ilə FETÖ üzvləri və bu cinayətkar təşkilatla əlbir olanlara qarşı qətiyyətli mübarizəni davam etdirəcəyik”, – deyə nazir əmin edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:47]
ABŞ-də B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]