Türkiyənin 49 vilayətində İŞİD-lə əlaqədə şübhəli bilinən 210 nəfər saxlanılıb
Ankara, 25 aprel, AZƏRTAC
Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı növbəti irimiqyaslı əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, daxili işlər naziri Ali Yerlikaya son iki həftədir davam edən əməliyyatın təfərrüatı barədə ictimaiyyətə məlumat verib.
Nazirin sözlərinə görə, Ankara, Antalya, Erzurum, İstanbul, İzmir və Trabzon da daxil olmaqla ölkənin 49 vilayətində cinayətkar təşkilatla əlaqəsi olan 210 şübhəli saxlanılıb.
Polis və jandarm qüvvələrinin hərəkətləri prokurorluq və xüsusi xidmət orqanları ilə sıx əlaqələndirilib.
A.Yerlikaya terrorçulara qarşı əməliyyatların davam etdiriləcəyini bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]