SİYASƏT
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başa çatıb
Bakı, 20 sentyabr (AZƏRTAC). Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 20-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Əhməd Davudoğlunun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Baş nazirini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola saldılar.