Türkiyənin bir çox filmə ev sahibliyi edən bölgəsi turizm sektoruna açılacaq
İstanbul, 7 iyun, AZƏRTAC
Türkiyənin Mardin vilayətində bir çox film və seriallara ev sahibliyi edən, müxtəlif din, dil və mədəniyyətlərin birləşdiyi Dereiçi məhəlləsi turizm sektoruna açılacaq.
AZƏRTAC xəbər verir ki, şəhərin Savur rayonunda yerləşən məhəllə özünəməxsus memarlıq üslubu, Katolik, Pravoslav və Protestant kilsələri, üç monastırı və məscidləri ilə bölgədə xüsusi yerə sahibdir.
Məhəllənin turizm sahəsinə açılması üçün Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, bir sıra digər aidiyyəti qurumlar tərəfindən birgə iş başladılıb. Bu məqsədlə on beş ailənin yaşadığı Dereiçi məhəlləsində yerləşən tikililərdə, o cümlədən restoran, kafe və qonaq evlərində yenidənqurma işləri başladılıb. Aparılan bu bərpa işlərinin əsas hədəfi bölgənin özünəməxsus xüsusiyyətlərinə xələl yetirmədən abadlaşdırılmasıdır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:40]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:23]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [20:19]
Londonda “Arşın mal alan” filminin nümayişi olub
- 13.10.2026 [18:20]
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
- 13.10.2026 [15:41]
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq
- 13.10.2026 [14:53]
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]