Türkiyənin “Milliyet” qəzeti Azərbaycan səfirinin müsahibəsini dərc edib
İstanbul, 9 may, AZƏRTAC
Türkiyənin “Milliyet” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Faiq Bağırovun ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı həyata keçirdiyi strategiyadan bəhs olunan müsahibəsi dərc edilib.
Müsahibədə qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında Ulu Öndərin tarixi xidmətlərindən, Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının işlənilməsi məqsədilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” və ondan qaynaqlanan digər beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin önəmindən söhbət açılır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs sayəsində Azərbaycanın regionda yeni güc mərkəzinə çevrildiyini xatırladan diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verir. Səfir diqqətə çatdırır ki, Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq və gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]