Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin Prezident Administrasiyası “Bir millət, iki dövlət” adlı sənədli film hazırlayıb VİDEO

Bakı, 7 sentyabr, AZƏRTAC

Türkiyənin Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı və Tovuz hadisələri barədə “Bir millət, iki dövlət” adlı sənədli film hazırlayıb.

AZƏRTAC xəbər verir ki, filmdə Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları, işğalçı Ermənistanın iyulun 12-də Tovuz istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan sonra rayondan görüntülər, bir sıra rəsmi şəxslərin və mülki vətəndaşların fikirləri yer alıb.

Reportajda qeyd olunub ki, Ermənistanın atəşkəsi pozduğu 12 iyul tarixində Azərbaycan ilə Ermənistan arasında gərginlik yenidən artdı. Ermənistanın ağır artilleriya vasitələrindən açdıqları atəş nəticəsində Tovuz rayonundakı bir qəsəbədə bir çox ev məhv edilib.

Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bildirib ki, Tovuz rayonu Azərbaycan üçün strateji cəhətdən çox əhəmiyyətlidir. Çünki bura yüksəklikdir və mövqelərimiz burada yerləşdirilib. Düşmən ətrafdakı bütün kəndləri təzyiq altında saxlamaq üçün buranı ələ keçirmək istədi. Bu yüksəklikdən bölgədəki müdafiəmizin dərinliklərinə başqa bir hücum başlada bilərdilər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev reportajda Ermənistanın hücumlara Tovuz rayonundan başlamasının səbəblərini açıqlayıb. Hikmət Hacıyev bildirib ki, ermənilərin bəzi strateji hədəfləri var idi, ancaq buna nail ola bilmədilər. İlk hədəfləri Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığına, Dağlıq Qarabağ probleminə yönələn diqqəti yayındırmaq idi. İkincisi, Azərbaycanın şərq-qərb istiqamətində strateji kommunikasiya xətlərinə təhdid yaratmağa çalışırdılar.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev qeyd edib ki, əgər Azərbaycanın xəritəsinə baxsanız, bu bölgənin yalnız Azərbaycan üçün deyil, daha geniş region üçün çox önəmli olduğunu anlayacaqsınız. Azərbaycan bölgədə strateji layihələr həyata keçirib və bunların onurğa sütunu olan boru kəmərləri, xüsusilə neft və qaz boru kəmərlərinin hamısı Azərbaycan və Ermənistan sərhədinə çox yaxın bir bölgədən keçir.

Azərbaycanın Tovuz rayonundan olan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu doğma kəndinin də bombalandığını vurğulayaraq bildirib: “Kəndimiz Ermənistan ilə sərhədboyu ərazidə yerləşdiyi üçün otuz ildən çoxdur atəş altındadır. İndiyə qədər kəndimizdən 30 mülki şəxs, o cümlədən müəllimlər, kəndlilər həlak olub. Evlərə bomba düşməsi nəticəsində şəhid olanlar var”.

Tovuz hadisələri zamanı öldürülən sakinin qızı Zərnişan Gözəlova bildirib ki, iyulun 12-də ermənilər tərəfindən atəşkəs pozuldu. İyulun 14-də səhər evimizə ermənilər tərəfindən atılan mərmi düşdü və evimizdə partlayış oldu. Nəticədə atam həlak oldu. Atam mülki şəxs idi, hərbçi deyildi.

General-mayor Hüseyn Mahmudov vurğulayıb ki, iyulun 12-dən etibarən Tovuz rayonunda baş verən bu hadisənin ilk anından etibarən Türkiyənin böyük dəstəyini hiss etdik.

Süjetdə Prezident İlham Əliyevin “Bizi ilk dəstəkləyən və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermişdir” sözləri təqdim olunub.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətləri olan Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı yönəlmiş hər bir hücumun qarşısında yer almaqda əsla tərəddüd etməyəcək” fikirləri yer alıb.

Rauf Arifoğlu: “Əvvəlcə Prezident Rəcəb Tayyib Ərdoğanın ermənilər üçün çox sərt və açıq çıxışı oldu. Bunun ardınca isə ordunun Azərbaycana gəlişi, “Türk şahinlərinin Azərbaycan səmasında qalxması önəmli bir hadisə idi. Bu təlimlər elə bir kritik məqama rast gəldi ki, Azərbaycan xalqının, xüsusən bölgədə yaşayan insanların ürəklərinə sanki sərin su səpdi”.

Süjetdə Azərbaycan və Türkiyə ordularının möhtəşəm birgə hərbi təlimlərindən görüntülər də təqdim olunub.

General-mayor Hüseyn Mahmudov deyib ki, Azərbaycanın təhlükəsizliyi baxımından Türkiyənin önəmini qeyd etməmək qeyri-mümkündür. Türkiyə bu məsələdə əvəzolunmaz rol oynayır və bu, bizə güc və ərazilərimizi zəbt etməyə çalışan düşmənin cəhdlərinə qarşı döyüşmək cəsarəti verir. Eyni zamanda, əməliyyat keçirmək və işğal altındakı torpaqlarımızı azad etməyə hazır olmaq üçün bizə son dərəcə cəsarət verir.

Birgə hərbi təlimlərin önəmini vurğulayan Hikmət Hacıyev bildirib ki, Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri simvolik olaraq emosional və praktiki hissədən ibarətdir. 1918-ci ildə türk əsgərləri qardaşlarına dəstək olmaq üçün Azərbaycana gəldi. Türkiyə üçün çətin bir dövr idi, Birinci Dünya müharibəsi davam edirdi. Buna baxmayaraq, türk əsgərləri erməni daşnaklarının və bolşeviklərin törətdikləri soyqırımını dayandırmaq məqsədilə Azərbaycana qardaş dəstəyi göstərmək üçün gəldilər.

Rauf Arifoğlu bildirib ki, 1918-ci ildə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycana gəldi. O zaman da rus və erməni silahlı dəstələri Bakıda qətliam törətmiş, 30 min Azərbaycan türkünü qətlə yetirmişdilər. Türklər gəlib əhalini xilas etdilər, Nuru Paşanın ordusu 1100 şəhid verdi.

Hikmət Hacıyev bildirib ki, 100 il sonra - 2018-ci ildə iki ölkənin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın və Türkiyənin Silahlı Qüvvələri Bakının mərkəzində birlikdə addımladılar.

Süjetdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aşağıdakı fikirləri təqdim olunub: “Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir. Biz böyük şair mərhum Bəxtiyar Vahabzadənin gözəl ifadəsi ilə,

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu,

Azərbaycan-Türkiyə.

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan xalqlarına daim inkişaf, tərəqqi arzulamaq istəyirəm. Bildirmək istəyirəm ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir.

Hikmət Hacıyev qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı, tərəfdaşlığı və qardaşlığı hər şeydən əvvəl iki ölkə arasındakı etnik qohumluq münasibətlərindən irəli gəlir və buna əsaslanaraq ölkələrimiz hər sahədə strateji və genişmiqyaslı əməkdaşlıq edir. Hər şeydən əvvəl bu əməkdaşlıq Azərbaycan və Türkiyə xalqlarının maraqlarına xidmət edir.

Elnur Əliyev: Azərbaycan xalqı üçün Türkiyə ilə hər cür əməkdaşlıq sanki ölkə daxilində bir əməkdaşlıq etmək kimi təbii haldır.

Hikmət Hacıyev: Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhə, sabitliyə və inkişafa geniş miqyasda töhfə verilməkdədir. Nümunə olaraq deyə bilərəm ki, TANAP və TAP layihələri Xəzər dənizi, Cənubi Qafqaz, Qara dəniz regionu, Gürcüstan, Balkan ölkələrini, Avropa ölkələrini birləşdirir və nəhayət Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verir. Türkiyə-Azərbaycan əməkdaşlığı neft və qaz boru kəmərlərini ipək yolunun şərqi ilə qərbini birləşdirən marşrutu əhatə edir, həmçinin Orta Asiya və Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə əlaqələndirən bir yolu özündə ehtiva edir.

Elnur Əliyev: Azərbaycan ilə Türkiyənin əməkdaşlığı yalnız Qafqaz bölgəsi üçün deyil, daha geniş coğrafi ərazi üçün həyata keçirilən bütün strateji layihələri həyata keçirməyə imkan yaradır.

Hikmət Hacıyev: Azərbaycan və Türkiyə ən yaxşı rifahın paylaşılan rifah olduğuna inanır. Bütün bu amillər regional sülhə və təhlükəsizliyə töhfə verməkdədir.

Burada ortaya bir sual çıxır: Ermənistan bu proseslərin bir hissəsi ola bilərmi? Cavab: “bəli”. Ancaq Ermənistan işğalçılıq siyasətinə son verməlidir, qonşuları ilə, xüsusilə də Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalıdır.

Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağın işğalından bəri bu bölgədə davam edən gərginliyin Ermənistanın düşünülmüş və ardıcıl şəkildə hücumları səbəbindən münaqişəyə çevrilməsi ilə bağlı narahatlığımızı bildiririk.

Rauf Arifoğlu: Türkiyənin bütün platformalarda, təkcə Qarabağ məsələsində deyil, bütün məsələlərdə Azərbaycanın yanında olduğunu hər birimiz bilirik və ona görə də xoşbəxtik. Bu, yalnız on milyon olmadığımızı izah edən bir həqiqətdir.

Elnur Əliyev: İki ölkənin liderlərinin çox məşhur və tarixi bir kəlamı var: “Bir millət, iki dövlət”. Bu ifadə tarixi həqiqəti, xalqlarımızın mədəniyyətini və tarixini əks etdirir. Əslində, biz bir xalqıq və bu əlaqələr tarix boyunca formalaşaraq bugünkü səviyyəyə gəlib çatıb. Əslində, sərhədin - Türkiyə ilə Azərbaycan arasındakı sərhədin harada olduğunu anlamaq çətindir.

Hikmət Hacıyev: Biz bir millət, iki dövlətik. Bu, hər bir azərbaycanlı üçün çox emosional bir ifadədir və məncə, hər bir Türkiyə vətəndaşı üçün də eynidir. Şüarımıza əsasən gələcəyə yönəlmiş çox geniş perspektivimiz var və bu istiqamətdə irəliləyirik.

Türkiyənin Prezident Administrasiyası “Bir millət, iki dövlət” adlı sənədli film hazırlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir