TÜRKİYƏNİN QARS ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR
Ankara, 22 fevral (AZƏRTAC). Türkiyənin Qars şəhərindəki vilayət mədəniyyət və turizm şöbəsinin salonunda “Yaxın tariximizin türk soyqırımı - Xocalı” mövzusunda seminar keçirilmişdir.
Seminarda çıxış edən Naxçıvan Dövlət Universitetinin müəllimləri Həmzə Cəfərov və Emin Şıxəliyev, habelə Qars Qafqaz Universitetinin dosenti Mithat Durmuş XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağıq nəticələri barədə ətraflı məlumat vermişlər.
Milliyyətçi Hərəkat Partiyasının parlamentdəki qrupunun sədr müavini Oqtay Vural çıxışında bildirmişdir ki, qardaş Azərbaycanın torpaqlarının 20 faizinin hələ də işğal altında olduğu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı bir şəraitdə Türkiyə Ermənistanla münasibətlərin normallaşmasına və sərhədlərin açılmasına izin verməyəcəkdir. Ermənistanın sözdə “soyqırımı” iddialarından vaz keçmədiyini, Qarsı və Türkiyənin digər şərq vilayətlərini Qərbi Ermənistan kimi göstərdiyini xatırladan millət vəkili bildirmişdir ki, İsveçrədə imzalanmış və heç bir anlamı olmayan protokollar indidən “tarixin zibil qutusuna” atılmışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]