Türkiyənin qərbində təbii qaz yatağı aşkarlanıb
Ankara, 21 noyabr, AZƏRTAC
Türkiyənin qərbində yerləşən Təkirdağ vilayətinin Muratlı rayonu ərazisində aparılan kəşfiyyat-qazma işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, 2016-cı ildən qazıntısına başlanılan ərazidə ehtiyatı 286 milyard kubmetr olan təbii qaz yatağı aşkarlanıb. Bildirilir ki, kəşfiyyat-qazma işlərini Norveçin “Equinor” və Kanadanın “Valeura” şirkətləri həyata keçirib. İlkin hesablamaya görə, yataqda Türkiyənin 5 illik təbii qaz tələbatını ödəyə biləcək “mavi yanacaq” ehtiyatı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]