Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb


Bakı, 14 mart, AZƏRTAC
Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir.
Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir. Qonaqlar martın 15-də Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşəcək, növbəti gün isə Şuşa və Füzuli şəhərləri ilə tanış olacaqlar.
Martın 18-də Bakı şəhərində ilk dəfə olaraq “Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.
Səfər martın 19-dək davam edəcək. Səfər çərçivəsində əməkdaşlığa dair mühüm görüşlərin də keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:51]
Şabran və Qusar rayonlarında təbiətə 13 min manatdan çox ziyan dəyib
- 25.04.2025 [18:46]
DİN: Ötən illə müqayisədə cinayətlərin dinamikasında azalma qeydə alınıb
- 25.04.2025 [18:12]
Diaspor nümayəndələri Tbilisidəki “Alyans” Gənclər Mərkəzində olublar
- 25.04.2025 [17:58]