TÜRKMƏNİSTAN ÇİNİ XƏZƏRİN SƏRVƏTLƏRİNİN İŞLƏNİLMƏSİNDƏ İŞTİRAKA DƏVƏT EDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə bildirilir ki, Türkmənistan Prezidenti Çinin neft-qaz şirkətlərinə Xəzərin və Amudərya çayının sağ sahilinin karbohidrogen ehtiyatlarının işlənilməsinə yaxından qoşulmağı təklif etmişdir. Prezident ÇXR-in xarici ticarət və xarici iqtisadi əməkdaşlıq nazirinin müavini Çjou Kejenun ilə görüşündə demişdir ki, orada perspektivli neft və qaz yataqları var. Prezidentin fikrincə, Türkmənistan-Çin əməkdaşlığı maye qaz istehsalı və neft emalı sahəsində də inkişaf edə bilər.
Çin nümayəndə heyətinin rəhbəri təklif olunan layihələri dəstəkləyərək bildirmişdir ki, onun hökuməti neft-qaz avadanlığı alınması üçün Türkmənistana yeni güzəştli kredit vermək haqqında qərar qəbul etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:56]
Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 10.08.2026 [18:43]
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]