TÜRKMƏNİSTAN PREZİDENTİNİN “RUHNAMƏ” KİTABI GÜMÜŞ VƏ QIZIL PULLARDA ƏBƏDİLƏŞDİRİLMİŞDİR
“Türkmənistanın birinci və ömürlük Prezidenti Böyük Saparmurad Türkmənbaşının ədəbi yaradıcılığı” adı ilə qızıl və gümüş sikkə dəstləri dövlət başçısının fevralın 19-da qeyd olunmuş 66 illiyi münasibətilə buraxılmışdır. 19 fevral Türkmənistan üçün ikiqat bayramdır: Prezidentin doğum günü və Dövlət Bayrağı günüdür.
Niyazovun 6 ədəbi-fəlsəfi toplusunu əbədiləşdirmək üçün 80 qızıl və 100 gümüş sikkə buraxılmışdır. Dəyəri 1000 manat olan sikkələr “türkmən xalqının müqəddəs kitabı” “Ruhnamə”yə, habelə Prezidentin dörd şeir toplusuna həsr edilmişdir.
Pulların üz tərəfində hər bir kitabın üz qabığının, arxa tərəfində isə Türkmənistan Prezidentinin bayrağının qabarıq təsviri verilmişdir. Xatırladaq ki, 2005-ci ildə Türkmənistanın ilk Prezidentinin doğum günü münasibətilə kəsilən qızıl və gümüş sikkələr onun nəsil şəcərəsinə həsr olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]