TÜRKMƏNİSTAN RUSİYAYA SATDIĞI TƏBİİ QAZIN QİYMƏTİNİ QALDIRIR
Türkmənistanın neft və qaz naziri Kurbanmurat Atayevin sözlərinə görə, Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerin başçılığı ilə nümayəndə heyəti Aşqabadda olmuş, bu məsələ ilə bağlı Prezident Saparmurad Niyazovla danışıqlar aparılmışdır. Tərəflər “Qazprom”un Xəzər dənizinin Türkmənistan sektorunda neft və qaz layihələrinin işlənməsində iştirakı ilə əlaqədar razılıq əldə etmişlər.
K.Atayev qeyd etmişdir ki, 2006-cı ilin ikinci yarısında və sonrakı 3 il üçün təbii qazın hər min kubmetrinin 100 dollara satışı ilə əlaqədar razılıq əldə olunmamışdır. Belə ki, Rusiya qazın min kubmetrini yenidən 65 dollara almaq fikrindədir.
Aleksey Millerin xahişi ilə danışıqlar müvəqqəti dayandırılmış, o, məsləhətləşmələr aparmaq üçün Moskvaya getmişdir. Yaxın günlərdə danışıqlar davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]