TÜRKMƏNİSTAN XALQ ŞURASI PREZİDENT SEÇKİLƏRİ MƏSƏLƏSİNƏ BAXIR
İkigünlük iclasın gündəliyində yerlərdə dövlət hakimiyyətinin möhkəmləndirilməsinə yönəldilmiş qanun layihələrinə böyük yer ayrılmışdır.
Xalq Şurasının sədri – Prezident Saparmurad Niyazov əfv haqqında illik fərman imzalamaq niyyətindədir. Prezidentin dediyinə görə, bu il 8145 məhbus azadlığa buraxılacaqdır.
“Milli ruhun dayağı olan “Türkmənbaşının Ruhu” məscidinin əbədiləşdirilməsi və ona daimi dövlət dəstəyinin təmin edilməsi haqqında” Xalq Şurasının qərarı da hazırlanmışdır. Mərkəzi Asiya regionunda bu ən iri məscid Niyazovun doğulduğu Qıpçaq kəndində 2004-cü ildə tikilmişdir. Prezidentin ailə məqbərəsi də bu məsciddədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]
Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]