TÜRKMƏNİSTANDA MƏRKƏZİ ASİYANIN ƏN İRİ MƏSCİDİ TİKİLİR
Məsciddə eyni vaxtda 20 min dindar namaz qıla biləcək, ehsan üçün nəzərdə tutulmuş salonda isə 5 min nəfər yerləşəcəkdir. Layihəyə əsasən, məscidin günbəzinin diametri 50 metr, ümumi sahəsi 7 min kvadratmetrdən artıq, dörd minarənin hər birinin hündürlüyü isə 80 metr olacaqdır. Yeraltı avtodayanacaq tikintinin dəyəri daxil olmaqla 100 milyon dollardır. Müqaviləyə əsasən, tikinti 2004-cü ilin oktyabrında başa çatacaqdır. Türkmənistanın müftisi K.Vepayevin sözlərinə görə, ölkədə hazırda 382 məscid vardır. Sovet dövründə isə Türkmənistanda cəmi 3 məscid fəaliyyət göstərirdi.