Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkmənistanın gələcəyi bütün regionun gələcəyidir!

Bakı, 7 fevral (AZƏRTAC). Türkmənistan Mərkəzi Asiyanın incisidir! Bu sözlər Hollivud şedevrlərindən birinin adı ilə sadə analogiya deyil, Türkmənistan dövlətinin müasir vəziyyətini əks etdirən ən dəqiq metafordur.

Keçmiş sovet respublikalarının yalnız az bir qismi öz simasını yaxşılığa doğru əsaslı şəkildə dəyişməyə nail olmuşdur. Onlardan biri də Türkmənistandır. Bu baxımdan, Türkmənistanın inkişafının keyfiyyətcə yeni mərhələsini məhz belə müəyyən etmək olar. Ölkə ilbəil inkişaf edir, çiçəklənir və gözəlləşir. Çox böyük həcmdə sərmayələr cəlb edilməsi, türkmən xalqının misilsiz əməksevərliyi və istedadı, onun müdrik və uzaqgörən rəhbərlərinin ölkənin inkişafına daimi qayğısı sayəsində Türkmənistan vaxtilə xammal mənbəyi olan ucqar bir məmləkətdən dinamik inkişaf edən, çiçəklənən ölkəyə çevrilmişdir. Bu vəziyyət təkcə dünyanın iri dövlətlərinin yox, bütün sivil cəmiyyətin diqqətini cəlb edir.

Türkmənistanın paytaxtı Aşqabad 10 ildən də az bir müddətdə bankları və otelləri, inzibati binalar və elit yaşayış evləri ilə diqqəti cəlb edən müasir meqapolisə çevrilmişdir. Bu bənzərsiz şəhərin simasına, keçmişlə gələcəyi özündə üzvi şəkildə birləşdirən dəbdəbəli saraylara, memoriallara və təmtəraqlı məscidlərə baxdıqca özünü müxtəlif dövrlərin qovuşduğu bir məkanda təsəvvür edirsən. “Aşqabad” sözünün mənası “eşq şəhəri” deməkdir. Qumlu səhrada, dağlar arasında yerləşən bu şəhər doğrudan da insanların həyat eşqi, sevgisi sayəsində yaranmışdır.

Mən bu gözəl məmləkətin gələcəyini, onun qarşısındakı yolun konturlarını təsəvvür etdikcə inanıram ki, bu yol ölkəni dünya sivilizasiyasının zirvələrinə aparacaqdır.

Böyük İpək Yolu üzərində yerləşən bu bərəkətli diyar keçmişi, bu günü və gələcəyi özündə ahəngdar şəkildə təcəssüm etdirən bir ölkəyə çevrilməkdədir. Dəyişməyən və gələcəkdə də dəyişməyəcəyinə əmin olduğumuz yalnız bu əməksevər xalqın ənənələri və mədəniyyətidir.

Şübhəsiz, ölkənin dinamik inkişafını şərtləndirən ən mühüm amillərdən biri onun neft-qaz sənayesidir. Türkmənistan torpaqlarının təkindəki zəngin neft yataqları bir vaxtlar amansızcasına istismar edilir, neft ehtiyatlarının işlənməsi və hasilatı məsələlərinə səmərəli, elmi cəhətdən yanaşmağın zəruriliyi və perspektivlər nəzərə alınmırdı. Türkmənistan neftinin yüksək keyfiyyəti keçmiş İttifaqın rəhbərlərinin diqqətini hələ 1933-cü ildə cəlb etmişdi. Elə həmin illərdə respublika ərazisində sənaye miqyaslı ilk yataq - dövlətə məxsus “Nebitdağ” yatağı kəşf edilmişdi. Sonra, 1948-ci ildə “Qumdağ”, 1957-ci ildə “Qotur təpə” və 1962-ci ildə “Barsa-Gelmes” yataqlarının istismarı başlanmışdır. Bu yataqlardan hər il 12-15 milyon ton xam neft çıxarılırdı.

İndi neft hasilatında özbaşınalığa, düşünülməmiş tələskənliyə həmişəlik son qoyulmuşdur. Neft hasilatı prosesində ən müasir texnologiyalar tətbiq edilir, ekoloji təhlükəsizlik nəzərə alınır, neftli layların məhsuldarlığının uzun müddət qorunub saxlanması, yataqların strukturunun deformasiyasının istisna edilməsi məsələlərinə ciddi diqqət yetirilir.

Neftçıxarma ilə müqayisədə qaz hasilatı bu ölkənin iqtisadiyyatında gənc sahədir. Türkmənistanda ilk qaz yatağı keçən əsrin 60-cı illərinin ikinci yarısında istifadəyə verilmişdir. Bu, məşhur Açaq yatağı idi. Qaz yataqları sarıdan, təbiət Türkmənistandan öz səxavətini əsirgəməmişdir. Respublikaya daxil olan valyuta vəsaitlərinin 90 faizdən çoxu məhz qaz ixracı ilə bağlıdır.

Cənubi Yolötən-Osman yatağı sayəsində Türkmənistanın ən iri enerji dövləti statusu təsdiqlənmişdir. Britaniyanın “Gaffney Cline Associates” auditor şirkətinin hesablamalarına görə, bu təbii qaz yatağının ehtiyatları 26,2 trilyon kubmetrə bərabərdir.

Beynəlxalq ekspertlərin fikrincə, Cənubi Yolötən yatağı öz ehtiyatlarının həcminə görə dünyada ikinci yeri tutur. Bu o deməkdir ki, Türkmənistanın qaz ehtiyatları yaxın gələcəkdə Çin, Rusiya, İran və Avropanın birlikdə götürülmüş tələbatını təmin etmək üçün artıqlaması ilə kifayətdir.

Hazırda Böyük Qaz Yolunun çəkilməsinin beş variantı üzərində intensiv iş gedir. Birinci varianta görə boru kəməri Xəzər dənizinin dibi ilə Azərbaycana, oradan İrana, daha sonra Türkiyəyə və Avropaya çəkilməlidir. Məlum olduğu kimi, bu layihə Transxəzər qaz kəməri adlandırılır. İkinci variantda boru kəmərinin Türkmənistan-Azərbaycan-Türkiyə-Avropa marşrutu üzrə tikilməsi nəzərdə tutulur. Üçüncü plan birinci ilə eynidir, lakin bu halda boru kəməri yalnız quru ərazidən keçəcəkdir. Türkmənistandan Türkiyəyə və oradan Avropaya boru kəməri çəkilməsini nəzərdə tutan dördüncü layihə hazırda mövcud olan Gürcüstan-Özbəkistan-Qazaxıstan qaz kəmərinin davamı olacaqdır. Nəhayət, beşinci variant bundan əvvəlki variantı praktiki olaraq təkrarlayır, lakin həmin magistralın bir hissəsi Rusiya ərazisindən keçəcəkdir.

Bu gün, xüsusən Xəzər regionu kontekstində energetika sahəsində transparentliyə və səmərəliliyə kömək baxımından, konkret istiqamətlərin araşdırılmasında Türkmənistanın iştirakı və rolu son dərəcə vacibdir. Qlobal enerji təhlükəsizliyinin təmin edilməsi, dünyanın enerji bazarlarında yeni reallıqlar nəzərə alınmaqla, Avropa istiqamətində boru kəməri çəkilişinə xüsusi diqqət yetirilməklə, yeni konsepsiya hazırlanmasına yanaşmaların əsaslı şəkildə yenidən nəzərdən keçirilməsi baxımından enerji inteqrasiyasının çox ciddi məsələləri gündəmdədir. 2011-ci il sentyabrın 12-də Avropa İttifaqı Avropa Komissiyasına Transxəzər qaz kəmərinin inşası barədə danışıqlar aparılması üçün mandat verməsi də çox mühüm faktdır. Bu, Türkmənistanın enerji strategiyasının yeni vektorunun əməli şəkildə həyata keçirilməsinin başlanğıcı deməkdir.

Türkmənistanda karbohidrogen ehtiyatlarının çox zəngin xammal bazasının mövcud olması hasilatın qazanılmış səviyyəni saxlamaqla bərabər, həm də hasilatı intensiv şaxələndirməyə, quruda və dənizdə yeni yataqları mənimsəməyə, həmçinin yüksək səmərəli texnologiyaları tətbiq etməklə bu yataqların işlənməsini fəallaşdırmağa imkan verir. “2011-2030-cu illər üçün Türkmənistanın sosial-iqtisadi inkişafının milli proqramı” adlı sənədə uyğun olaraq 2030-cu ilə qədər neft hasilatını ildə 67 milyon tona, təbii qaz hasilatını 230 milyard kubmetrə çatdırmaq nəzərdə tutulur. Bu qazın 180 milyard kubmetrinin ixrac edilməsi planlaşdırılır. Türkmənistan dünyada enerji daşıyıcılarına tələbatın sürətlə artmasını, ölkənin resurs bazasının real qiymətlərini və onun perspektivdə istismar imkanlarını nəzərə alaraq yeni bazarlara çıxmaq hesabına enerji marşrutlarının coğrafiyasını genişləndirmək niyyətindədir.

Bu məqsədlə Türkmənistan özünün ixrac yönümlü boru kəmərləri infrastrukturunu fəal inkişaf etdirir. Şimal və Cənub istiqamətlərində mövcud marşrutlarla yanaşı, 2009-cu ildə Türkmənistan-Çin strateji qaz magistralı istifadəyə verilmişdir. Bu marşrut üzrə hər il Türkmənistandan Çin bazarlarına 40 milyard kubmetrə qədər təbii qaz ixrac ediləcəkdir.

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) boru kəməri tikintisi layihəsi fəal hazırlıq işləri mərhələsindədir. Layihənin həyata keçirilməsi iqtisadi baxımdan səmərəli olmaqla bərabər həm də bu boru kəməri Transxəzər marşrutu kimi enerji daşıyıcılarının təchizatçıları və istehlakçıları üçün regionda sabitliyin və sülhün möhkəmlənməsinə güclü təkan verəcəkdir.

İndi az adam şübhə edir ki, Türkmənistanın neytrallığı barədə 1995-ci ildə qəbul edilmiş Konsepsiya gələcəkdə bu ölkənin daxili və beynəlxalq siyasətinə sanballı dividendlər gətirəcəkdir. Respublikanın tarixi, mental və geosiyasi inkişaf xüsusiyyətləri Türkmənistanın beynəlxalq siyasətdə iştirak etməsi üçün ən konstruktiv formalar yaratmışdır. Türkmənistanın neytrallığı beynəlxalq hüquqda mövcud definisiyalar əsasında BMT Baş Məclisinin bir sıra qətnamələri ilə tanınmışdır. Bununla bərabər, Türkmənistanın Neytrallığı Konsepsiyasında vurğulanır ki, Türkmənistan dövləti konstruktiv beynəlxalq əməkdaşlığın bütün formaları üçün açıqdır. Bu məqam beynəlxalq hüququn bütün normalarına uyğundur və dünyada Türkmənistanın xarici siyasət statusunu daha da möhkəmlədir.

İndiki mərhələdə Türkmənistan Orta Asiya regionunda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) qurumuna daxil olmayan yeganə dövlətdir. Lakin bu fakt bitərəflik konsepsiyasını deformasiyaya məruz qoymayan və istər iqtisadiyyat, istərsə də regional təhlükəsizlik sahəsində əməkdaşlıq üçün əlverişli şərait yaradan tamamilə fərqli münasibətlər sistemi qurmağa əsla mane olmur. Xüsusən ona görə ki, Türkmənistan bir qurum kimi ŞƏT-ə daxil olmayan, lakin bu təşkilata qoşulmuş İran ilə Qazaxıstan arasında yerləşən bir ölkə kimi hər cəhətdən mühüm tərkib hissədir.

Beynəlxalq birliyin dəstəyi bu məsələdə çox böyük rol oynayır. Türkmənistan Prezidenti tərəfindən təklif edilmiş və 2008-ci ilin dekabr ayında qəbul edilmiş BMT Baş Məclisinin “Enerji daşıyıcılarının etibarlı və sabit tranziti və onun davamlı inkişafın və beynəlxalq əməkdaşlığın təmin edilməsində rolu” adlı qətnamə buna sübutdur. Çox böyük beynəlxalq əhəmiyyətə malik olan bu sənəd Türkmənistanın xarici tərəfdaşlarla uzunmüddətli qarşılıqlı əlaqələri üçün möhkəm təməl yaratmışdır.

Ümumiyyətlə, beynəlxalq əməkdaşlığın hərtərəfli genişləndirilməsi xəttini həyata keçirməklə Türkmənistan Avropa, Asiya və Şərq istiqamətlərində enerji məsələləri ilə bağlı birbaşa dialoqu xeyli genişləndirmişdir. Cəsarətlə belə bir proqnoz vermək olar ki, gələcəkdə Türkmənistanın öz qonşuları və tərəfdaşları olan Azərbaycan, Qazaxıstan və İranla, habelə dünyanın aparıcı neft-qaz şirkətləri ilə sıx işgüzar əlaqələri intensiv inkişaf edəcəkdir.

Şübhə yoxdur ki, Türkmənistanın uzunmüddətli əməkdaşlıq proqramları yaxın gələcək üçün ciddi nikbinliyə əsas verir və Azərbaycanla konstruktiv və qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etməsinə töhfədir.

Bu baxımdan beynəlxalq birliyin dəstəyi mühüm rol oynayır. Müstəqil Dövlətlər Birliyinin Tacikistan paytaxtında keçirilmiş yubiley sammitində Türkmənistanın 2012-ci ildə MDB-nin sədri seçilməsi istər dövlətlərarası səviyyədə, istərsə də ən iri regional və beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv əməkdaşlığı ardıcıl inkişaf etdirən bu ölkənin yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqləyir.

Yaxın keçmişə qısaca nəzər salmaq istərdik. 2007-ci il fevralın 14-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Qurbanqulu Berdiməhəmmədov Türkmənistan dövlətinin başçısı elan edilmişdir. Həmin gün “Ruhiyyət” Sarayında inauqurasiya mərasimində Prezident Türkmənistanın inkişafının yeni vektoru haqqında proqramın əsas istiqamətlərini şərh etmiş, beləliklə bütün dünya bu gənc liderin daxili və xarici siyasətinin əsas prinsipləri, möhtəşəm dəyişikliklər həyata keçirilməsi barədə planları ilə tanış olmuşdur. Prezident Türkmənistan torpağında həqiqi müsbət dəyişikliklərə, ölkəni və onun xalqını tərəqqiyə və firavanlığa, nailiyyətlərə aparmağı öz qarşısına məqsəd qoymuşdur.

Prezident həmin mərasimdə məşhur bir kəlam söyləmişdi: “Yolçu yolda gərək”. Prezidentin öz həmvətənlərini daim hərəkətdə olmağa, irəliyə can atmağa, ilk növbədə intellektual və mənəvi baxımdan daim inkişaf etməyə və təkmilləşməyə çağırırdı.

Yeni tədris ili ərəfəsində paytaxtda və regionlarda öz qapılarını taybatay açmış yeni ümumtəhsil və ali məktəblər, uşaq bağçaları Türkmənistanın fəxridir. Onlar gənc nəslin təhsili və tərbiyəsi məsələsinə prinsipcə müasir yanaşma tələb edən yeni intibah dövrünün əsas əlamətləridir. Dövlətin inkişafının təməl daşı məhz bu vacibdən vacib məsələdir. Hər il dövlət büdcəsinin 70 faizə qədəri təhsil, elm, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəniyyətin inkişafı, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına sərf edilir.

Qazdan, sudan və elektrik enerjisindən pulsuz istifadə, şəxsi avtomobil nəqliyyatı sahiblərinə pulsuz verilən benzin, kommunal və nəqliyyat xidmətləri ödənişlərinin çox cüzi olması, əməkhaqqının, pensiyaların, müavinətlərin və tələbə təqaüdlərinin müntəzəm artırılması da əhalinin sosial dəstəyi üzrə dövlət tədbirləri kompleksinə daxildir.

Aşqabad son illər iri tibb mərkəzinə çevrilmişdir. Burada ən yeni avadanlıqlarla təchiz olunmuş klinikalar cəmləşmişdir. 2009-cu ildə Aşqabadın cənub hissəsindəki tibb şəhərciyinin strukturuna daha bir obyekt əlavə olunmuşdur - baş və boyun orqanları xəstəliklərinin müalicəsi üzrə beynəlxalq tibbi mərkəz. 2011-ci ilin ortalarında göz xəstəliklərinin müalicəsi üzrə beynəlxalq tibbi mərkəz və travmatologiya mərkəzi fəaliyyətə başlamışdır. Paytaxtın şimalında isə daha bir tibb müəssisələri kompleksi istifadəyə verilmişdir. Bu kompleksə yoluxucu xəstəliklərin müalicə-profilaktika, QİÇS-in profilaktikası mərkəzləri, mərkəzləşdirilmiş laboratoriya, qan mərkəzi və ümumi dəyəri 103 milyon ABŞ dollarından çox olan digər obyektlər daxildir. Bu gün Türkmənistanda ümumi dəyəri yarım milyard ABŞ dollarına yaxın olan iyirmiyə qədər iri səhiyyə obyekti inşa edilir.

Milli Olimpiya Komitəsinin sədri və sağlam həyat tərzinin tərəfdarı olan dövlət başçısı səhiyyə sahəsinin təkmilləşdirilməsi, kütləvi bədən tərbiyəsi və sağlamlıq hərəkatının, idmanın inkişafına çox ciddi diqqət yetirir, bu istiqamətdə ardıcıl və konkret addımlar atır. Bu il təsdiq edilmiş “2011-2020-ci illər üçün Türkmənistanda bədən tərbiyəsi və idmanın dəstəklənməsi və inkişafı üzrə milli proqram” buna misaldır.

Bu yaxınlarda Asiya Olimpiya Şurası 2017-ci ildə Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Aşqabadda qapalı binalarda Asiya oyunları və döyüş sənəti üzrə yarışların keçirilməsi haqqında qərar qəbul etmişdir. Bu, Türkmənistan liderinin sülh və mehriban qonşuluq prinsiplərinə əsaslanan siyasətinin beynəlxalq miqyasda tanınmasına dəlalət edir. Əlamətdar haldır ki, bu ən iri qitə yarışlarının Türkmənistan paytaxtında uğurla keçirilməsi üçün regionda bənzəri olmayan olimpiya şəhərciyi tikilməkdədir. Şəhərciyə 30-dan çox ən müasir obyekt daxil olacaqdır.

Xəzərin Türkmənistan sektoru sanatoriya-kurort müalicəsinin və ekoloji turizmin inkişafı üçün çox böyük imkanlara malikdir. “Avaza” turizm zonasının ən böyük sərvəti uzunluğu kilometrlərlə ölçülən qızıl qumlu çimərliklərdir. Sanki təbiət özü bu yerlərin qeydinə qalmış, ona mülayim iqlim, mineral və müalicəvi palçıq vulkanları, narın qumlu çimərliklər, heyrətamiz gözəlliyə malik dəniz mənzərələri, Xəzər dövlət qoruğunun sulu-bataqlıq torpaqlarında bioloji müxtəlifliyinə görə nadir “quş bazarları” bəxş etmişdir. Ən başlıcası, genişmiqyaslı layihənin həyata keçirildiyi illər ərzində burada bir neçə onillik sonrakı dövr üçün nəzərdə tutulan güclü infrastruktur yaradılmışdır.

Yaxın illərdə Xəzərin sahilində yaradılacaq yeni liman özünün bütün parametrlərinə görə təkcə Türkmənistanın deyil, bütün Mərkəzi Asiyanın əsas “dəniz darvazaları” statusuna cavab verəcəkdir.

Müasir mərhələdə Türkmənistanın beynəlxalq əməkdaşlıq dinamikası durmadan artmaqdadır. Son illərdə yüksək səviyyəli siyasi əlaqələrin nəzərəçarpacaq dərəcədə fəallaşması, hökumət nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlər, müxtəlif sahələrdə iri müştərək layihələrin həyata keçirilməsi buna əyani sübutdur. Türkmənistan mehriban qonşuluq münasibətləri dedikdə sadəcə coğrafi yaxınlığı və ortaq tarixi keçmişə malik olmağı deyil, həm də konkret geosiyasi və geoiqtisadi məqamları nəzərdə tutur.

Beləliklə, Türkmənistanın bu xüsusiyyətlərini nəzərə alaraq mübaliğəsiz deyə bilərik ki, onun gələcəyi bütün regionun gələcəyidir. Bu ölkənin müsbət iqtisadi və siyasi inkişaf perspektivi bütün Mərkəzi Asiya dövlətlərinin firavanlığına bilavasitə təsir göstərir. Bu gün ölkədə həyata keçirilən dərin ictimai-siyasi və sosial-iqtisadi dəyişikliklər təkcə Türkmənistanın deyil, bütün regionun işıqlı gələcəyinin qarantıdır! Stefan Sveyqin təbirincə desək, “Tarixi əməllər yalnız gələcək nəsillərin sərvətinə çevriləndən sonra başa çatır!”

İlahə Əhmədova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb