Ucarda yol qəzası baş verib VİDEO
Ucar, 15 noyabr, AZƏRTAC
Ucarda yol qəzası baş verib, xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı 90EG088 nömrəli avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü, Tovuz rayon sakini 1941-ci il təvəllüdlü Əjdər Qədir oğlu Rəhmanov və həyat yoldaşı, 1950-ci il təvəllüdlü Qüdrət Hümbət qızı Rəhmanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.