Üç ayda 2714 kommersiya qurumu dövlət qeydiyyatından keçib
Bakı, 20 aprel, AZƏRTAC
Cari ilin ilk rübündə 2714 kommersiya qurumu dövlət qeydiyyatından keçib.
Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, kommersiya qurumlarının 2253-ü (83 faiz) elektron qaydada, 461-i isə (17 faiz) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17 faizi) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
Bu ilin birinci rübündə 2494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25 faizlik artım deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]