Üç boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib
Bakı, 19 dekabr, AZƏRTAC
Boks üzrə Azərbaycanın yığması Qazaxıstanın Karaqanda şəhərində keçirilən beynəlxalq turnirə start verib. Yarışın ikinci günündə mübarizəyə qoşulan milli üzvlərimizdən üçü yarımfinala yüksəlib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, komandamızın heyətində 51 kiloqram çəki dərəcəsində rinqə çıxan Nicat Hüseynov dörddəbir finalda qırğızıstanlı Bael Urustanbayla üz-üzə gəlib. Avropa çempionumuz inamlı çıxışı sayəsində yarımfinalda iştirak hüququ qazanıb. Artıq özü üçün ən azı bürünc medalı təmin edən Hüseynov finala gedən yolda kubalı Reyes Romero ilə döyüşəcək.
Onunla yanaşı, 71 kiloqram çəki dərəcəsində də iki boksçumuz mərhələ adlayıb. Dünya çempionatının mükafatçısı Sərxan Əliyev dörddəbir finalda qazaxıstanlı Toperbergen Jertpisbayı məğlub edib. Rəşid Həsənov isə digər ev sahibi Alipaşa Nasirovdan güclü olub. Nəticədə, hər iki boksçu yarımfinala vəsiqə əldə etməklə özü üçün ən azı bürünc medalı təmin edib. Təmsilçilərimiz növbəti görüşdə bir-birinə rəqib olacaqlar.
Onlardan fərqli olaraq dörddəbir finalda Ruslan Qədirov (54 kq) Jandaulet Sarsenbayevə (Qazaxıstan), Əzrək Bəbirov (57 kq) isə Rüstəm Şaumenova məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, yarışa Azərbaycan, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək boksçu qatılıb. Turnir dekabrın 21-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:11]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [15:23]
Müxtəlif sahələrdə fəallığı ilə fərqlənən 15 gənc təltif olunub
- 07.08.2026 [23:54]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]