UEFA arbitrlərə videoyardım sistemini İtaliya və ABŞ yığmalarının matçında testləşdirəcək
Bakı 13 noyabr, AZƏRTAC
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidmətinin yaydığı məlumata görə, bu təşkilat arbitrlərə videoyardım (VAR) sistemini ilk dəfə İtaliya və ABŞ yığmaları arasında yoldaşlıq matçı zamanı testləşdirəcək. İtaliya və ABŞ yığmaları arasında matç noyabrın 20-də Belçikada keçiriləcək.
AZƏRTAC xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsi tərəfindən sentyabr ayında qəbul edilmiş qərara əsasən, 2019/2020-ci illər mövsümündə Çempionlar Liqasında, 2020-ci il Avropa Çempionatında, 2020/2021-ci illər mövsümünün Avropa Liqasında və 2021-ci il Millətlər Liqasının final mərhələsində VAR sistemindən istifadə ediləcək. Bu sistem istifadəyə verilməzdən əvvəl onu xüsusi olaraq seçilmiş bir neçə matçda testləşdirəcəklər.
Arbitrlərə videoyardım sistemi 2018-ci il dünya çempionatı matçlarında tətbiq edilib. VAR sistemindən bir sıra milli çempionatlarda da istifadə edilir.
Qeyd olunur ki, testləşdirmə çoxkanallı yayıma əsla təsir göstərməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]