UEFA Avropa Lıqası: Səkkiz komanda dörddəbir finala adını yazdırıb
Bakı, 18 mart, AZƏRTAC
Martın 17-də futbol üzrə Avropa Liqasında səkkizdəbir finalın cavab matçları oynanılib.
AZƏRTAC xəbər verir ki, eyni gündə keçirilən oyunların nəticəsi olaraq səkkiz komanda adını dörddəbir finala yazdırıb. Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
“Bayer” (Leverkusen, Almaniya) - “Vilyarreal” (İspaniya)- 0:0 (0:2)
“Valensiya” (İspaniya) - “Atletik” (İspaniya)- 2:1 (0:1)
“Latsio” (İtaliya) - “Sparta” (Çexiya)- 0:3 (1:1)
“Braqa” (Portuqaliya) - “Fənərbağça” (Türkiyə)- 4:1 (0:1)
“Mançester Yunayted” (İngiltərə) - “Liverpul” (İngiltərə)- 1:1 (0:2)
Tottenhem” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya)- 1:2 (0:3)
“Anderlext” (Belçika) - “Şaxtyor” (Ukrayna)- 0:1 (1:3)
“Sevilya” (İspaniya) - “Bazel” (İsveçrə)- 3:0 (0:0)