UEFA Avropa Liqasının finalı: “Çelsi” komandası ikinci topu “Arsenal”ın qapısından keçirib
Bakı, 30 may, AZƏRTAC
UEFA Avropa Liqasının final görüşündə “Çelsi” komandası ikinci topu “Arsenal”ın qapısından keçirib.
AZƏRTAC xəbər verir ki, matçın 60-cı dəqiqəsində “Arsenal”ın cərimə meydançasına daxil olan Eden Hazardın ideal ötürməsindən sonra Pedro Rodriges topu saxlamadan qapıya göndərib - 2:0.
İspaniyalı hücumçu bu qələbə sayəsində UEFA Avropa Liqasının cari mövsümündə meydana çıxdığı 14 oyunda vurduğu qolların sayını 5-ə çatdırıb.