UEFA Çempionlar Liqası: Qrup mərhələsinə son 8 görüşlə yekun vurulacaq
Bakı, 7 dekabr , AZƏRTAC
Dekabrın 7-də futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında növbəti səkkiz matç keçiriləcək.
“E” qrupunun liderləri “Monako” (Fransa - 11 xal) və “Bayer” (Almaniya - 7 xal) öz aralarında formal matça çıxacaqlar. Londonda keçiriləcək “Tottenhem” (İngiltərə - 4 xal) - MOİK (Rusiya - 3 xal) görüşü Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gətirəcək.
“F” qrupunda oynanılacaq “Real” (Madrid - 11 xal) - “Borussiya” (Dortmund - 13 xal) matçı qrup birincisi baxımından maraq kəsb edəcək. Digər iki komanda “Legiya” (Polşa-1 xal) və “Sportinq” (Portuqaliya- 3 xal) isə Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaqlar.
“G” qrupunda hələ mərhələ adlamayan “Porto” (Portuqaliya-8 xal) qrupun şəriksiz lideri “Lester”i (İngiltərə - 13 xal) qəbul edəcək. Portuqaliya klubu evdə bərabərə qalarsa və “Kopenhagen” (Danimarka - 6 xal) “Brügge”ni (Belçika - 0 xal) səfərdə məğlub etsə, o zaman skandinaviyalılar mərhələ keçəcəklər.
“H” qrupuna başçılıq edən “Yuventus” (İtaliya - 11 xal) bunadək xal qazanmayan “Dinamo”nu (Zaqreb) qəbul edəcək. İkinci onaltıdabir finalçı “Lion” (Fransa-7) - “Sevilya” (İspaniya-10 xal) matçında məlum olacaq. “Lion” doğma meydanda iki top fərqi ilə “Sevilya”nı məğlub edə bilsə, mərhələ adlayan tərəf olacaq. Bu cütün uduzan komandası isə Avroliqada yoluna davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]